07may
Peşə Təhsil Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib.
İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib.
İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi ilə əməkdaşlıq çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Ulu Öndər Heydər Əliyevin hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət olmasından, Azərbaycana və regiona sülh, sabitlik və davamlı inkişaf gətirmək yolunda atdığı qətiyyətli addımların onun beynəlxalq səviyyədə siyasi və ictimai xadim kimi birmənalı şəkildə qəbul edilməsini şərtləndirən həlledici amillər olmasından, bu gün Ümummilli Liderin ideyalarının Prezident İlham Əliyevin gərgin əməyi və fəaliyyəti sayəsində uğurla inkişaf etdirməsindən bəhs edib.
Tədbir zamanı çıxış edən Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəisi Telman Kərimov öz çıxışı zamanı Ümummilli Lider Heydər Əliyevin hər zaman gənclərin yüksək səviyyəli təhsil almasını və onların hərtərəfli inkişafını dövlət siyasətinin prioritet istiqaməti kimi diqqət mərkəzində saxladığını, eləcə də əsası onun tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində bu gün Azərbaycan gənclərinin bütün sahələrdə böyük uğurlar əldə etdiyini vurğulayıb.
Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Fərman Kazımov Ümummilli Lider Heydər Əliyevin həyat və yaradıcılıq yolu ilə bağlı tədbir iştirakçılarına məlumat verib, hələ ötən əsrin 70-80-ci illərində Azərbaycanı ittifaq məkanında geridə qalan aqrar respublikalar sırasından dinamik inkişaf edən qabaqcıl respublikalar sırasına çıxardığını, 1993-cü ilin iyun ayında xalqın çağırışı ilə yenidən ölkə rəhbərliyinə qayıtmaqla Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, dərin siyasi, iqtisadi və sosial böhrandan xilas etdiyini qeyd edib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı regional nümayəndəliyinin koordinatoru Sevinc Qasımova tədbirdə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin daima gənclərin ölkəmizin ictimai-siyasi, mədəni həyatında layiqli yer tutmalarına, milli kadr kimi formalaşmalarına ciddi önəm verdiyini vurğulayıb.
Tədbir zamanı dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən videoçarxlar nümayiş etdirilib, Mərkəzin tələbələri tərəfindən Ulu Öndərə həsr olunmuş şeirlər və “Sən elə bir zirvəsən” adlı bədii kompozisiya təqdim olunub.










Baxış Sayı: 75
