Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 aprel tarixli 68 nömrəli qərarı ilə “Sumqayıt Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətin nəzdində sənaye ixtisasları üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edən müasir tipli Peşə Tədris Mərkəzi yaradılmışdır. Nazirlər Kabinetinin 2020-ci il 18 iyul tarixli 257 nömrəli Qərarı ilə Mərkəzin adındakı “Tədris” sözü “Təhsil” sözü ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının təhsil nazirinin 2020-ci il 29 iyul tarixli F-351 nömrəli əmri ilə Peşə Təhsil Mərkəzinin Nizamnaməsi təsdiq edilmişdir. Mərkəz 2020-ci il 30 iyul tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alınaraq hüquqi şəxs statusu əldə edilmişdir. Hazırda mərkəzdə 12 ixtisas üzrə peşə ixtisasları tədris olunur.