• Telefon
    +994(51) 205-97-54

  • İş Saatı
    B.e-C: 9.00 - 18.00

FAQ

Tez-tez verİlən Suallar

Peşə təhsil pilləsinə sənəd qəbulu necə aparılır?
Peşə Təhsili Müəssisələrinə tələbə qəbulu mərkəzləşmiş və elektron ərizə forması vasitəsilə həyata keçirilir. Müraciətçilər portal.edu.az saytında qeydiyyatdan keçərək şəxsi səhifə yaradır, tələb olunan əvvəlki təhsil və digər zəruri məlumatları daxil edir.
Qəbul hansı prinsip əsasında həyata keçirilir?
Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatlarının doğruluğu yoxlanıldıqdan sonra müraciətçinin orta attestat balı üzrə nəticələrinə əsaslanır.
Neçə ixtisas seçimi verilir?
Tələbə qəbulu prosesində müraciətçiyə maksimum 12 ixtisas üzrə seçim etmək imkanı yaradılır.
Müsabiqədən uğurla keçən şəxsləri növbəti mərhələdə nə gözləyir?
Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları peşə təhsili müəssisəsinə sənədlərin təqdim edilməsi üçün dəvət olunacaqlar.
Peşə təhsili üzrə kimlər müraciət edə bilər?
Peşə təhsil müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.