15aprel
Peşə Təhsil Mərkəzində “Süni intellektin rolu” mövzusunda təlim keçirilib.
İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində “Süni intellektin rolu” mövzusunda təlim keçirilib.
14 aprel 2026-cı il tarixində İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində Handex MMC tərəfindən “Süni intellekt və onun müasir iş mühitində rolu” mövzusunda təlim təşkil edilib. Təlimi Handex MMC-nin direktoru Rəşad Qurbanov keçib. Təlimin əsas məqsədi tələbələrə süni intellekt texnologiyalarının gündəlik iş proseslərində tətbiqi, onların üstünlükləri və səmərəli istifadə yolları barədə tələbələrə ətraflı məlumat vermək olub.
Təlim zamanı süni intellektin iş proseslərinin avtomatlaşdırılmasında rolu, qərarvermə mexanizmlərinə təsiri, məhsuldarlığın artırılmasında əhəmiyyəti və müxtəlif sahələrdə tətbiq imkanları iştirakçıların diqqətinə çatdırılıb. Xüsusilə Microsoft 365 Copilot kimi müasir alətlərin təqdim etdiyi imkanlar praktiki nümunələr əsasında izah edilib. Keçirilən təlim iştirakçıların rəqəmsal bacarıqlarının inkişafına, süni intellekt texnologiyalarından düzgün və məqsədyönlü istifadənin təşviqinə mühüm töhfə verib.

Baxış Sayı: 66