06aprel
Peşə Təhsil Mərkəzinin tələbələrinin iştirakı ilə Gənclər Kitabxanasında “Zəfərə aparan yol” adlı tədbir keçirilib.
İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin tələbələrinin iştirakı ilə Gənclər Kitabxanasında “Zəfərə aparan yol” adlı tədbir keçirilib.
İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin tələbələrinin iştirakı ilə Sumqayıt şəhər Gənclər Kitabxanasında Aprel döyüşlərinin 10-cu ildönümü ilə əlaqədar “Zəfərə aparan yol” adlı tədbir keçirilib.
Tədbirin əvvəlində vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən kitabxananın müdiri Leyla Mahmudova Aprel döyüşləri haqqında tarixi faktları tələbələrin diqqətinə çatdırıb. Tədbir çərçivəsində tələbələr kitabxana fondu ilə yaxından tanış olub, vətənpərvərlik mövzusunda olan kitablar, dövri mətbuat nümunələri və tarixi ədəbiyyatlar haqqında məlumatlar əldə ediblər. Onlar həmçinin “Aprel döyüşləri – Böyük Zəfərin başlanğıcı” adlı sərgi-guşədə nümayiş olunan kitablarla da tanış olaraq həmin nəşrlərin məzmunu, müəllifləri və əhəmiyyəti barədə geniş bilik qazandıblar.
Peşə Təhsil Mərkəzinin “Karyera planlaması və tələbələrlə iş şöbəsi”nin əməkdaşı Kamal Ağabalayev tədbirdə çıxış edərək, bu cür tədbirlərin keçirilməsinin gənclərin vətənpərvər ruhda yetişməsinə müsbət təsir göstərdiyini vurğulayıb və tədbirin təşkilinə görə kitabxana əməkdaşlarına təşəkkür edib.

Baxış Sayı: 46