19yanvar
20 Yanvar faciəsinin 36 illiyinə həsr olunmuş anım tədbiri keçirildi.
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzində 20 Yanvar faciəsinin 36 illiyinə həsr olunmuş anım tədbiri keçirildi.
Əvvəlcə, ölkəmizin müstəqilliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mərkəzin Direktoru Kənan Bağırov tədbirdə çıxış edərək 20 yanvar faciəsində xalqımıza qarşı törədilən vəhşiliklərdən bəhs edib. Bu hadisənin həm də xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səlnaməsi olduğunu vurğulayıb.
Sonra 20 Yanvar - Müstəqilliyə gedən yol” adlı qısa film nümayiş etdirilib və tələbələrin ifasında şeirlər və monoloq səsləndirilib.
Sonda Peşə Təhsil Mərkəzinin bir qrup müəllim və tələbə heyəti Şəhidlər Xiyabanında vətən uğurunda canından keçən şəhidlərin məzarını ziyarət edib, məzarları üstünə gül dəstələri qoyublar.

Baxış Sayı: 130