29dekabr
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir təşkil olunub.
İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov çıxış edərək, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən və artıq ənənəvi bayramlarımızdan birinə çevrilmiş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışıb. Direktor həmçinin bayram münasibətilə tələbələri və kollektiv üzvlərini təbrik edib, onlara möhkəm cansağlığı və uğurlar arzulayıb.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin direktoru Səbinə Mehdiyeva, Sumqayıt Yeni Azərbaycan Partiyasının sədr müavini Cavid Məmiyev, Azərsun Holdingin Təlim və İnkişaf Şöbəsinin müdiri Vəfa Əsədova, eləcə də Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin Gənclər və İş sektoru üzrə aparıcı məsləhətçisi Zaur Əlizadə çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik ediblər.
Bədii hissədə Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin “Dügah” ansamblı tərəfindən musiqili konsert proqramı və Mərkəzin istedadlı tələbələrinin çıxışları təqdim olunub.

Baxış Sayı: 168