18noyabr
“Usta Mənəm 2” müsabiqəsinin final mərhələsi baş tutub.

Azərbaycanda ikinci dəfə təşkil edilən “Usta Mənəm” peşə bacarıqları müsabiqəsi uğurla yekunlaşıb. İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi ilə “Holcim-Azərbaycan” ASC-nin birgə əməkdaşlığı çərçivəsində keçirilən yarışmanın final mərhələsi Bakı Ekspo Mərkəzində baş tutub.
Yeddi ay ərzində ölkənin müxtəlif bölgələrini əhatə edən müsabiqəyə 700-dən çox usta müraciət edib. Onlardan yalnız 27 nəfər peşə hazırlığı, bacarıq və təcrübə əsasında seçilərək finala vəsiqə qazanıb.
Final mərhələsində birinci yerin qalibi Etibar Qaradayev olub. Qalibə Changan Hunter markalı avtomobil təqdim edilib. İkinci və üçüncü yer sahibləri isə pul mükafatları və müxtəlif dəyərli hədiyyələrlə təltif olunublar.
Tədbirdə Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov, “Holcim-Azərbaycan”ın direktoru Sergey Stoykov, Təhsil Tələbə Krediti Fondunun sədr müavini Tahir Xələfov, Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri Rüstəm Məhərrəmli çıxış edərək layihənin ölkədə peşəkar ustaların hazırlığına, əmək bazarında ixtisaslı kadrlara olan tələbatın ödənilməsinə və peşə təhsili sisteminin inkişafına mühüm töhfə verdiyini bildiriblər.
“Usta Mənəm” müsabiqəsi bu il artıq ikinci dəfə keçirilməklə ustalar arasında sağlam rəqabəti təşviq edir, gənc mütəxəssislərin bacarıqlarının üzə çıxarılmasına dəstək verir və ölkədə peşə peşəkarlığının inkişafına mühüm stimul yaradır.

Baxış Sayı: 117