21aprel
Peşə Təhsil Mərkəzində “Sağlam Gələcək – Düzgün Seçim” adlı seminar təşkil edilib.
İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində “Sağlam Gələcək – Düzgün Seçim” adlı seminar təşkil edilib.
İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində 16 aprel 2026-cı il tarixində tələbələr üçün “Sağlam Gələcək – Düzgün Seçim” adlı seminar təşkil edilib. Seminarın əsas məqsədi gənclər arasında sağlam həyat tərzini təbliğ edilməsi, zərərli vərdişlərin yaratdığı fəsadlar, eləcə də narkomaniyanın təsirləri barədə tələbələrin məlumatlandırılması olub.
Seminarı giriş sözü ilə açan İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov qonaqları salamlayıb və maarifləndirmə tədbirlərinin gənclərin sağlam gələcəyinin formalaşmasında mühüm rol oynadığını qeyd edib.
Seminar zamanı çıxış edən Nəriman Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzinə tabeli Dostluq Mədəniyyət Evinin direktoru Gülnar Məmmədova müasir dövrdə gənclərin qarşılaşdıqları çətinliklər, onların düzgün seçim etməklərinin əhəmiyyəti, zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərlər və onun yaratdığı fəsadlar haqqında tələbələrə məlumat verib.
Daha sonra çıxış edən Sumqayıt Şəhər Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla işin təşkili bölməsinin rəisi, polis mayoru Azər Bağırov narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması və hüquqi nəticələri barədə seminar iştirakçılarına ətraflı məlumat verib. O, gəncləri bu cür təhlükəli vərdişlərdən uzaq durmağa çağıraraq, hüquq-mühafizə orqanlarının bu istiqamətdə apardığı profilaktik tədbirlərdən geniş bəhs edib.
Sumqayıt Şəhər Narkoloji Dispanserin baş həkimi Vüsal Cabbarov seminar zamanı çıxış edərək narkotik maddələrin insan sağlamlığına vurduğu ciddi zərərlərdən ətraflı danışıb. O, asılılığın həm fiziki, həm də psixoloji fəsadlarını izah edərək, erkən müdaxilənin və maarifləndirmənin vacibliyini vurğulayıb.
Bununla yanaşı İnsan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən mütəxəssis, psixoloq Günel Ələkbərova seminar zamanı öz çıxışında gənclərin psixoloji dayanıqlığının artırılmasının, sağlam ətraf mühitin formalaşdırılmasının və düzgün seçim etmə bacarığının inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs edib. O, stress və sosial təsirlərlə mübarizə yolları barədə tələbələrə tövsiyələrini bildirib. Seminar interaktiv müzakirələr əsasında aparılıb və mövzu ilə bağlı tələbələrin sualları ekspertlər tərəfindən cavablandırılıb.

Baxış Sayı: 66