06may
Peşə Təhsil Mərkəzində tələbələr üçün “Faşizm üzərində qələbədə Azərbaycanın rolu” mövzusunda seminar keçirilib.
6 may 2026-cı il tarixində İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində tələbələr üçün “Faşizm üzərində qələbədə Azərbaycanın rolu” mövzusunda seminar təşkil edilib.
Seminar zamanı çıxış edən Mərkəzin direktoru Kənan Bağırov İkinci Dünya müharibəsində 600 mindən çox azərbaycanlının döyüşməsindən, onların göstərdiyi qəhrəmanlıqlardan, eləcə də neftçilərin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstəricinin əldə edilməsindən və Azərbaycan neftinin faşizm üzərində qələbədə əsas amillərindən biri olmasından bəhs edib. Daha sonra Mərkəzin Tarix fənni üzrə müəllimi Zaur İsayev və Mərkəzin Hərbi rəhbəri Məmmədağa Əliyev məruzə ilə çıxış edərək tələbələrə Azərbaycan diviziyalarının Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu qət etməsi, 130 azərbaycanlının Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfərin “Şöhrət” ordeninə, 170 mindən çox əsgər və zabitimizin müxtəlif orden və medallara layiq görülməsi, görkəmli akademik Yusif Məmmədəliyevin 1941-1945-ci illərdə neft kimyası sahəsində etdiyi ixtiralar barədə ətraflı məlumat verib. Seminar zamanı iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanov, həmçinin İsrafil Məmmədov və Mehdi Hüseynzadə ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.
#seminar #9may #İZİA #İZİA_PTM

Baxış Sayı: 52