05may
Peşə Təhsil Mərkəzinin tələbələri tanınmış xalçaçı-rəssam Fazil Abasquluzadənin emalatxanasına səfər edib.
İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində Peşə Təhsil Mərkəzinin tələbələri tanınmış xalçaçı-rəssam əməkdar mədəniyyət işçisi Fazil Abasquluzadənin emalatxanasına səfər ediblər. Səfərin məqsədi Azərbaycanın qədim xalçaçılıq sənəti, milli tətbiqi sənət nümunələri və mədəni irsi ilə yaxından tanışlıq olub.
Səfər zamanı tələbələrə Beynəlxalq Rəssamlar Fondunun və Azərbaycan Rəssamlar İttifaqının üzvü Fazil Abasquluzadənin zəngin yaradıcılıq yolu ilə bağlı ətraflı məlumat verilib və emalatxanada yaradıcı proses təqdim edilib. Fazil Abasquluzadə xalça sənətinin incəlikləri, kompozisiya quruluşu, motivlərin semantikası və rəng həlləri barədə İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində Peşə Təhsil Mərkəzinin tələbələrinə ətraflı məlumat verib və xalçaçılıq məktəblərinin müasir sintezindən bəhs edib.
#Sumqayıt #İZİA #İZİA_PTM

Baxış Sayı: 32