17mart
						“Sənaye yönümlü korporativ strukturlarda peşə ixtisaslarının əhəmiyyəti” mövzusunda seminar keçirilib.
							İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində “Sənaye yönümlü korporativ strukturlarda peşə ixtisaslarının əhəmiyyəti” mövzusunda seminar keçirilib.
17 Mart 2025-ci tarixində İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində “Sənaye yönümlü korporativ strukturlarda peşə ixtisaslarının əhəmiyyəti” mövzusunda mərkəzin tələbələri üçün Anar Vəliyevin təqdimatında seminar keçirilib. Seminarı giriş nitqi ilə açan İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov qonağı salamlayıb və iştirakçılara seminarın əhəmiyyəti barədə məlumat verib.
İqtisad üzrə Fəlsəfə Doktoru, Milli Aviasiya Akademiyasının menecment kafedrasının və UNEC-in dosenti Anar Vəliyev tələbələrə peşə ixtisaslarının əhəmiyyəti, həyata keçirilən uğurlu proqramlar haqqında ətraflı məlumat verib, iqtisadiyyatın idarə edilməsində yeni yanaşmaların müsbət təsiri və sənayenin inkişaf istiqamətləri, eləcə də bu sahədə yeni təcrübələrin öyrənilməsindən bəhs edib. Seminar interaktiv formada davam etdirilib və iştirakçıları maraqlandıran suallar dosent Anar Vəliyev tərəfindən cavablandırılıb.

						Baxış Sayı: 305