26sentyabr
						Peşə Təhsil Mərkəzinin əməkdaşları və tələbələri Sumqayıt şəhər Şəhidlər xiyabanını ziyarət edib.
							İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin əməkdaşları və tələbələri Sumqayıt şəhər Şəhidlər xiyabanını ziyarət edib.
26 sentyabr 2025-ci il tarixində İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində ilk dərslər 27 Sentyabr – Anım Gününə həsr olunub. İlk dərs zamanı Vətən Müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, müəllim-pedaqoji heyət tərəfindən tələbələrə Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlanılması haqqında geniş məlumat verilib.
Daha sonra Mərkəzin bir qrup əməkdaşı və tələbələri Sumqayıt şəhər Şəhidlər xiyabanını ziyarət edib və şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb.

						Baxış Sayı: 150