14oktyabr
						Peşə Təhsil Mərkəzində həyata keçirilən “4D Dual TVET” layihəsinin ikinci mərhələsi ilə bağlı tədbir keçirilib.
							İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində həyata keçirilən “4D Dual TVET” layihəsinin ikinci mərhələsi ilə bağlı tədbir keçirilib.
9 oktyabr 2025-ci il tarixində “4D Dual TVET” layihəsinin Azərbaycan üzrə ikinci mərhələsinin icrası ilə bağlı tədbir keçirilib. Tədbirdə İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov, Bildungswerk der Baden-Württembergischen Wirtschaft e.V. (BIWE) təşkilatının beynəlxalq layihələr üzrə meneceri Astrid Lommek, Azərbaycan üzrə layihə meneceri Mehmet Çakar, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Azərbaycan Texniki Universitetinin, Bakı Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil Mərkəzinin, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin, Qeyri-hökumət təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak edib.
Tədbirdə çıxış edən İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov bu layihənin 2021-ci ildən Mərkəzdə uğurlu həyata keçirildiyini, tələbələrin İKT istiqaməti üzrə təhsil almaları ilə yanaşı şirkətlərdə praktik biliklərə yiyələndiyini və onların səriştələrinin formalaşdığını vurğulayıb. O çıxışı zamanı layihənin ikinci mərhələ üzrə müəyyənləşdirilən bərpa olunan enerji və ağıllı kənd təsərrüfatı idarəetməsi kimi yeni peşə istiqamətlərinin dual təhsil modelində həyata keçirilməsinin ölkə üzrə əhəmiyyətini qeyd edib, layihənin həyata keçirilməsinə dəstək göstərən Bildungswerk der Baden-Württembergischen Wirtschaft e.V. (BIWE) təşkilatının Meneceri Astrid Lommekə və Azərbaycan üzrə Layihə meneceri Mehmet Çakara təşəkkürünü bildirib.
Tədbirdə təqdimatla çıxış edən Azərbaycan üzrə Layihə meneceri Mehmet Çakar, layihənin Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən "Sequa" təşkilatı vasitəsilə maliyyələşməsi və "Bildungswerk der Baden-Württembergischen Wirtschaft e.V." (BIWE) təşkilatı tərəfindən icra olunması, eləcə də layihənin ikinci mərhələsində həyata keçirilən fəaliyyətlər və nailiyyətlər haqqında geniş məlumat verib, layihənin hədəf qruplarına olunan dəstəyini və layihənin icrasında əməkdaşlıq imkanlarının əhəmiyyətini vurğulayıb.
Tədbir panel müzakirəsi ilə davam edib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

						Baxış Sayı: 133