10oktyabr
						Peşə Təhsil Mərkəzində “İnnovasiya və sahibkarlıq” mövzusunda tələbələr üçün təlim keçirilib.
							İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində “İnnovasiya və sahibkarlıq” mövzusunda tələbələr üçün təlim keçirilib. 
03 Oktyabr 2025 tarixində İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində tələbələr üçün “Sumgait Innovation HUB” tərəfindən “Sumqayıt Gəncləri üçün innovasiya və sahibkarlıq proqramı -YOUTHX“ mövzusunda təlim keçirilib.
Təlim zamanı Mərkəzin direktoru Kənan Bağırov qonaqları salamlayıb və Mərkəzin fəaliyyəti ilə bağlı geniş məlumat verib. Təlimçilər Hicran Musazadə və Murad Kərimov tələbələrə innovasiya və sahibkarlıq sahəsində həyata keçirilən uğurlu proqramlar haqqında ətraflı məlumat verərək innovasiya və sahibkarlıq istiqamətində yeni təcrübələrin öyrənilməsinin əhəmiyyətini vurğulayıb. Təlim interaktiv formada davam etdirilib və iştirakçıları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.

						Baxış Sayı: 153