13mart
						Milli Məclisin deputatları Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olublar.
							Martın 13-də Milli Məclisin deputatları Mehriban Vəliyeva və Tahir Mirkişili İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Görüş çərçivəsində Peşə Təshil Mərkəzinin ümumi fəaliyyəti, tədris olunan ixtisaslar, qəbul qaydaları, gələcək hədəflər barədə məlumat verilib. Bildirilib ki, Mərkəzdə hazırda 16 ixtisas üzrə 384 tələbə təhsil alır. Təhsil müəssisəsi bir çox sənaye müəssisələri ilə əməkdaşlıq edir. 2024-cü ildə 8 müəssisə və təşkilatla anlaşma memorandumu, 18 şirkətlə isə əməkdaşlıq müqaviləsi imzalanıb. 2023-2024-cü illərdə məzun olmuş tələbələrin 65%-dən çoxunun məşğulluğu təmin edilib.
Sonda Milli Məclisin deputatları Mərkəzdə yaradılan şərait, dərs prosesləri, laboratoriyalar və s. tanış olublar.

						Baxış Sayı: 316