15sentyabr
						İZİA-nın Peşə Təhsil Mərkəzinə tələbə qəbulunun sayı artıb.
							Sentyabrın 15-də İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində Bilik Gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov çıxış edərək “Bilik günü” münasibətilə tələbələri təbrik edib, onlara təhsil həyatında uğurlar arzulayıb.
Bildirilib ki, 2025/2026-cı tədris ili üçün Peşə Təhsil Mərkəzinə 12 ixtisas üzrə 272 nəfər tələbə qəbulu həyata keçirilib.
Ümumilikdə İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində hazırda 514 nəfər tələbə təhsil alır. #BilikGünü #Education #PeşəTəhsili #İZİA #İZİA_PTM

						Baxış Sayı: 119