06avqust
						Peşə Təhsil Mərkəzində “İnkişafa doğru-2” adlı yay məktəbinə start verilib.
							İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində “İnkişafa doğru-2” adlı yay məktəbinə start verilib. 
İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində tələbələrin yay tətilinin səmərəli təşkil edilməsi, onların bilik və bacarıqlarının artırılması məqsədi ilə 01.08.2025-ci il tarixindən “İnkişafa doğru-2” adlı yay məktəbinə start verilib.
Mərkəzdə təşkil edilən bu yay məktəbi 2 həftə davam edəcək və proqram iştirakçılarının müxtəlif mövzular üzrə yeni biliklər əldə etməsinə və səriştələrinin artırılmasına töhfə verəcəkdir. Proqram çərçivəsində təlimlərlə yanaşı iştirakçılar arasında faydalı, intellektual və əyləncəli oyunlar, təqdimatlar və qrup işləri də həyata keçiriləcəkdir.
Açılış mərasimində Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov iştirakçılara uğurlar arzulayaraq, yay məktəbinin əhəmiyyətindən danışıb. O, bu cür təşəbbüslərin gənclərin şəxsi inkişafına və komandada işləmə bacarıqlarının formalaşmasına xidmət etdiyini vurğulayıb və yay məktəbini rəsmi olaraq açıq elan edib.

						Baxış Sayı: 227