07İyul
						Peşə Təhsil Mərkəzinin rəhbərliyi və tələbələri “INNOSTART” tədbirində iştirak edib.
							İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin rəhbərliyi və tələbələri “INNOSTART” tədbirində iştirak edib.
İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin rəhbərliyi və tələbələri 05 iyul 2025-ci il tarixində Sumqayıt şəhərində təşkil edilmiş “INNOSTART– Azərbaycanda Startap Qurmaq İmkanları” tədbirində iştirak edib.
Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov panel müzakirələrində spiker kimi çıxış edərək mövzu ilə bağlı fikir və təcrübələrini bölüşüb, peşə təhsilində innovativliyin təmin edilməsinin vacibliyini vurğulayıb. O, Peşə Təhsil Mərkəzində gənclərin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, innovativ ideyaların dəstəklənməsi və texnoloji layihələrə yönəlik təşəbbüslərin təşviq edilməsi istiqamətində görülən işlər, startap ekosisteminin real mənzərəsi və əməkdaşlıqlar haqqında məlumat verib.
“INNOSTART– Azərbaycanda Startap Qurmaq İmkanları” tədbiri zamanı Azərbaycanın startap və innovasiya sahəsində tanınmış ekspertləri də çıxış edərək, şəxsi təcrübələrini paylaşıb, startap ekosistemi, yerli bazarda fürsətlər və investisiya cəlb etməyin yolları ilə bağlı tədbir iştirakçılarına zəruri tövsiyələr veriblər. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, Digital Azerbaijan, SUP.VC və Sumgait Innovation HUB-ın birgə təşkilatçılığı ilə həyata keçirilib.

						Baxış Sayı: 320