12İyun
						Gəncə şəhərində “Usta Mənəm” müsabiqəsi keçirilib.
							İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzi ilə “Holcim Azərbaycan” şirkətinin əməkdaşlığı çərçivəsində Gəncə şəhərində “Usta Mənəm” müsabiqəsi keçirilib.
İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində Peşə Təhsil Mərkəzi və “Holcim Azərbaycan” MMC-nin birgə təşkilatçılığı ilə növbəti “Usta Mənəm!” müsabiqəsi 10 iyun 2025-ci il tarixində Gəncə şəhərində Dövlət Məşğulluq Agentliyinin tabeliyində Gəncə Peşə Hazırlığı Mərkəzində baş tutub.
Tədbirdə İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov, “Holcim Azərbaycan” şirkətinin satış direktoru Elnur Əliyev, Dövlət Məşğulluq Agentliyinin tabeliyində Gəncə Peşə Hazırlığı Mərkəzinin direktoru Ariz Ağayev, Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşı Hüseyn Babayev, Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən Regional Şöbəsinin direktoru Rafael Məmmədov, Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən Regional Şöbəsinin direktoru Hikmət Əmiraslanov, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Gəncə-Daşkəsən Regional Şöbəsinin direktoru Anar İsgəndərov, Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının şöbə müdiri Pərviz Əliyev, icma nümayənləri və Mərkəzlərin əməkdaşları iştirak edib.
Müsabiqənin açılış mərasimində İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov, “Holcim Azərbaycan” şirkətinin satış direktoru Elnur Əliyev, Dövlət Məşğulluq Agentliyinin tabeliyində Gəncə Peşə Hazırlığı Mərkəzinin direktor müavini Toğrul Yusifli çıxış edərək müsabiqənin məqsədi, peşə təhsilinin ölkə üzrə əhəmiyyəti, bu müsabiqənin peşə təhsilinin təbliğ edilməsinə verdiyi tövhəsi barədə ətraflı məlumat veriblər, gənclərin əmək bazarına uyğunlaşdırılmasının, praktiki bacarıqlarının inkişaf etdirilməsinin və dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Rəsmi hissənin ardından “Usta Mənəm!” peşə müsabiqəsinə start verilib. Gəncə şəhərində təşkil edilən müsabiqədə 25 usta birincilik uğrunda mübarizə aparıb. Rövşən Adıgözəlov yarışma zamanı ən yüksək nəticə göstərərək müsabiqənin qalibi olub və Bakı şəhərində təşkil ediləcək final yarışmasına vəsiqə qazanıb.
İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzi ilə “Holcim Azərbaycan” şirkəti arasında imzalanmış Memoranduma əsasən ölkədə ilk dəfə olaraq 2024-cü ildə “Usta mənəm” peşəkar ustalıq müsabiqəsi keçirilib. Müsabiqənin məqsədi Azərbaycanda bənna, suvaq və hörgü işlərində ölkənin ən peşəkar ustasını müəyyən etmək, gənclərin peşə təhsilinə olan diqqət və marağını artırmaq, əmək bazarında ixtisaslı kadrların formalaşmasına və onların inkişafına köməklik göstərməkdir. 2024-cü ildə keçirilən müsabiqə çərçivəsində ölkənin bütün bölgələrindən olan 400-dən çox usta arasında 14 şəhər və rayonda seçim mərhələsi həyata keçirilib və müsabiqənin final mərhələsində iştirak edən bütün iştirakçılar qiymətli hədiyyələrlə mükafatlandırılıb və qalib “Pick-up” avtomobilinin sahibi olub. Davam edən əməkdaşlıq çərçivəsində 2025-ci il ərzində ikinci “USTA Mənəm! – ilin ən yaxşı ustası” müsabiqəsi həyata keçirilir. Müsabiqənin qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılacaq və qalibə “Pick-up” avtomobili təqdim olunacaqdır.

						Baxış Sayı: 457