11İyun
						İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində “Usta Mənəm” müsabiqəsi Keçirilib.
							İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində Peşə Təhsil Mərkəzi və “Holcim Azərbaycan” MMC-nin birgə təşkilatçılığı ilə növbəti “Usta Mənəm!” müsabiqəsi 05 iyun 2025-ci il tarixində Sumqayıt şəhərində İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində Peşə Təhsil Mərkəzində baş tutub.
Müsabiqənin açılış mərasimində İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov, “Holcim Azərbaycan” şirkətinin direktoru Sergiu Stoikov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müşaviri Cəmaləddin Quliyev, Dövlət Məşğulluq Agentliyinin Peşə Hazırlığı Departamentinin müdiri Namiq Məmmədov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Natavan Ağayeva, Təhsil Tələbə Krediti Fondunun şöbə müdiri Ayaz Mustafayev və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov iştirak edərək çıxışlar edib. Çıxışlar zamanı peşə təhsilinin əhəmiyyəti, əmək bazarına uyğunlaşdırılması, gənclərin praktiki bacarıqlarının inkişaf etdirilməsi və dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinin vacibliyi vurğulanıb.
Rəsmi hissənin ardından “Usta Mənəm!” peşə müsabiqəsinə start verilib. İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində Peşə Təhsil Mərkəzində təşkil edilən müsabiqədə 21 usta birincilik uğrunda mübarizə aparıb.
 
						Baxış Sayı: 430