26may
						Peşə Təhsil Mərkəzində Azərsun Holdinq əməkdaşları üçün təşkil edilən təlim kursu uğurla başa çatıb.
							İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində Azərsun Holdinq əməkdaşları üçün təşkil edilən təlim kursu uğurla başa çatıb.
İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində Azərsun Holdinq ilə imzalanmış əməkdaşlıq memorandumuna əsasən həyata keçirilən "Tecnosun – Texniki İnkişaf" təlim proqramı uğurla yekunlaşıb.
Proqram çərçivəsində Azərsun Holdinqin istehsalat sahələrində çalışan əməkdaşlarının, xüsusilə də operatorların nəzəri bilikləri genişləndirilib, praktik bacarıqları təkmilləşdirilib və müasir əmək bazarının tələblərinə uyğun səriştələr formalaşdırılıb. Təlimlər həm Peşə Təhsil Mərkəzində, həm də Azərsun Holdinqin istehsal müəssisələrində həyata keçirilib. 23 may 2025-ci il tarixində təlim kursunda iştirak etmiş AZƏRSUN Holdinqin əməkdaşlarına sertifikatlar təqdim edilib.
#Azərsun #Tecnosun #sertifikat #İZİA #İZİA_PTM

						Baxış Sayı: 292