26may
Peşə Təhsil Mərkəzinin əməkdaşı Beynəlxalq Sammitdə çıxış edib.
İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin əməkdaşı Beynəlxalq Sammitdə çıxış edib.
İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin əməkdaşı Ramid Ağayev Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində təşkil edilən və hüquq-mühafizə, təhlükəsizlik, texnologiya sahələri üzrə nüfuzlu simaları bir araya gətirən “World Police Summit 2025”- də çıxış edib.
R. Ağayev Sammitin Kibertəhlükəsizlik və Cinayətkarlıqla Mübarizə panelində “Süni İntellektin Gələcək Rolu” mövzusunda çıxış edərək, iştirakçılara həm qlobal təhlükələr, həm də onların aradan qaldırılmasında süni intellektin imkanları ilə bağlı təhlil təqdim etdi. O, çıxışı zamanı kiberməkanda baş verən hücumlar, şəxsi və dövlət məlumatlarının oğurlanması, sistemlərin çökdürülməsi, kibertəhlükələrin proqnozlaşdırılması və sosial mühəndislik hücumlarının qarşısının alınması ilə bağlı zəruri məqamlara toxunub.
13-15 may 2025-ci il tarixlərində keçirilən və 90 ölkədən olan mütəxəssislərin iştirak etdiyi “World Police Summit 2025”-in məqsədi suni intellektin və texnologiyanın hüquq-mühafizə sahəsində tətbiqi ilə bağlı fikir mübadiləsi aparmaq, yeni texnoloji həlləri və imkanları müzakirə etmək, eləcə də gələcəyin təhlükəsizlik sistemlərini formalaşdırmaqdır.

Baxış Sayı: 1 268