13may
						İkinci “Usta mənəm” müsabiqəsinə start verilib.
							İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsili Mərkəzi ilə “Holcim Azərbaycan” ASC-nin əməkdaşlığında ikinci “Usta mənəm” müsabiqəsinə start verilib. 
İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsili Mərkəzi ilə “Holcim Azərbaycan” ASC arasında imzalanmış Anlaşma Memorandumuna əsasən 08.05.2025-ci il tarixində ölkədə ikinci dəfə həyata keçirilən “Usta mənəm” müsabiqəsinin açılış tədbiri və Bakı şəhəri üzrə ilk yarışı keçirilib. Tədbirdə çıxış edən “Holcim Azərbaycan” ASC-nin Baş direktoru Sergey Stoykov şirkətin Azərbaycanda uğurlu fəaliyyəti, həyata keçirdiyi yeniliklər və layihələr, eləcə də istehsal etdiyi innovativ məhsullar barəsində geniş məlumat verib və “Usta mənəm” müsabiqəsinin ölkə üzrə əhəmiyyətindən danışıb.
Tədbir zamanı çıxış edən İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsili Mərkəzinin direktoru Kənan Bağırov 2024-cü ildə həyata keçirilmiş birinci “Usta mənəm” müsabiqəsinin uğurlu nəticəsini və layihənin ölkədə peşə təhsilinin inkişafında müsbət rol oynadığını qeyd edib. O, həmçinin Mərkəz ilə “Holcim Azərbaycan” şirkəti arasında mövcud əməkdaşlığın inkişaf etdirildiyini, ikinci dəfə Usta Mənəm müsabiqəsinin həyata keçirildiyini və birgə yeni fəaliyyətlərin planlaşdırıldığını vurğulayıb.
İkinci dəfə həyata keçirilən “USTA Mənəm” müsabiqəsi Respublikanın 17 şəhər və rayonlarında təşkil ediləcək, final mərhələsində iştirak edəcək bütün iştirakçılar qiymətli hədiyyələrlə mükafatlandırılacaq və qalib “Pick-up” avtomobilinin sahibi olacaqdır.
#UstaMənəm #Holcim #İZİA #İZİA_PTM

Baxış Sayı: 206