08may
						Peşə Təhsil Mərkəzinin rəhbərliyi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibəti ilə təltif edilib.
							İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin rəhbərliyi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibəti ilə təltif edilib.
İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin tələbələrinin ictimai fəaliyyətinin təmin olunmasına, Ulu Öndər Heydər Əliyevin irsinin geniş təbliğinə, eləcə də gənclərin şəxsi inkişafı üçün çox saylı sosial-mədəni tədbirlərin təşkil edilməsinə, Respublikanın ictimai həyatında xidmətlərinə görə Mərkəzin direktoru Kənan Bağırov Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı və Media Araşdırma Mərkəzi tərəfindən “H.Əliyevin anadan olmasının 102 illiyi” münasibəti ilə “Heydər Əliyev” Fəxri Media Mükafatı ilə təltif edilib. Mükafatın təqdim edilməsi Peşə Təhsil Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr edilmiş tədbirində həyata keçirilib.
İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzi son dövrdə həyata keçirdiyi uğurlu layihələrlə gənclərin peşə təhsilinə yönlədirilməsi və maarifləndirilməsi, peşə təhsilinin ölkədə təbliğ olunması, tələbələrin bilik və bacarıqlarının artırılması, həmçinin müxtəlif sahələrdə nailiyyətlər əldə etmələri istiqamətində mühüm işlər görür. Mərkəz, gənclərin əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmaları üçün müasir tədris metodlarını tətbiq edir, innovativ yanaşmalar və praktiki təcrübə mühiti yaradır, müxtəlif dövlət və özəl qurumlarla əməkdaşlıq çərçivəsində tələbələrə təcrübə proqramlarında iştirak və iş imkanları qazandırır.

						Baxış Sayı: 252