06may
						Peşə Təhsil Mərkəzində “Handex Tədris Mərkəzi” tərəfindən seminar keçirilib.
							İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində “Handex Tədris Mərkəzi” tərəfindən seminar keçirilib.
5 may 2025-ci il tarixində İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində tələbələr üçün “Handex Tədris Mərkəzi”-nin marketinq şöbəsinin rəhbəri Elton Qurbanov tərəfindən seminar keçirilib.
Seminarda tələbələrə müasir marketinq strategiyaları, rəqəmsal alətlərdən istifadə və karyera imkanları barədə ətraflı məlumat verilib. Seminarın əsas məqsədi tələbələrin peşəkar bilik və bacarıqlarını artırmaq, onları əmək bazarının tələblərinə uyğun şəkildə hazırlamaq olub. Seminar interaktiv formada təşkil edilib, tələbələrin mövzu ilə bağlı sualları ekspert tərəfindən cavablandırılıb. Seminarın sonunda fəallığı ilə seçilən tələbələr hədiyyələrlə mükafatlandırıldı.

						Baxış Sayı: 370