29aprel
						Peşə Təhsil Mərkəzi ilə İstanbul Gedik Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.
							İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzi ilə İstanbul Gedik Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.
25 aprel 2025-ci il tarixində Türkiyə Respublikasının İstanbul şəhərində İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzi ilə İstanbul Gedik Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov və “İstanbul Gedik Universitetinin” rektoru Ahmet Kesik imzalayıb.
Memorandumda Peşə Təhsil Mərkəzi ilə Türkiyənin “İstanbul Gedik Universiteti” arasında əməkdaşlıq əlaqələrinin qurulması, tələbələr üçün müvafiq sahələr üzrə təlim-təcrübə imkanlarının yaradılması, tələbə mübadiləsinin aparılması, tədris materiallarının təkmilləşdirilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması və digər istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub. Bu əməkdaşlıq çərçivəsində İT-informasiya texnologiyaları, menecment, sənaye və digər sahələr üzrə tələbələrin təhsil imkanlarından faydalanması nəzərdə tutulur.
#Gidik #memorandum #əməkdaşlıq #İZİA #İZİA_PTM

						Baxış Sayı: 263