22aprel
						Peşə Təhsil Mərkəzinin nümayəndələrinin iştirakı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tədbir keçirilib.
							İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin nümayəndələrinin iştirakı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tədbir keçirilib.
İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin nümayəndələrinin iştirakı ilə 21 aprel 2025-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tədbir keçirilib. Tədbirdə təhsil müəssisələrinin rəhbərliyi, müəllim-pedaqoji heyəti və tələbələri iştirak edib.
Tədbiri giriş nitqi ilə açan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və yaradıcılıq işləri üzrə prorektoru Sədaqət Əliyeva qonaqları salamlayıb və tədbir iştirakçılarına Universitetin fəaliyyəti ilə bağlı geniş məlumat verib.
Tədbirdə çıxış edən İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov təhsil müəssisələri arasında uğurlu əməkdaşlığın formalaşdığını, birgə fəaliyyətin təşkilinin tələbələr üçün yeni imkanlar yaratdığını qeyd edib və bu əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbir çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində birgə təşkil edilmiş sosial-mədəni tədbirdə aktiv iştirak edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinə Təşəkkürnamələr təqdim edilib. Tədbir zamanı iki təhsil müəssisəsi arasında yaradıcılıq və mədəni əməkdaşlığın təşviqi, tələbələrin sosial aktivliyinin artırılması, həmçinin müxtəlif istiqamətlərdə birgə layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

						Baxış Sayı: 286