21aprel
						Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov CBC radioda yayımlanan verilişin qonağı olub.
							İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov CBC radioda yayımlanan verilişin qonağı olub.
Veriliş zamanı Kənan Bağırov Peşə Təhsil Mərkəzinin fəaliyyəti, tətbiq olunan müasir tədris metodları və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O bildirib ki, mərkəzin əsas məqsədi əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasıdır.
Direktor çıxışı zamanı mərkəzdə tələbələr üçün yaradılan praktiki təcrübə imkanlarına, eləcə də iş dünyası ilə qurulan əməkdaşlıq əlaqələrinə diqqət çəkib. O qeyd edib ki, Peşə Təhsil Mərkəzi sənaye sahələrinin inkişafına töhfə vermək üçün müxtəlif şirkətlərlə birgə təlimlər və layihələr həyata keçirir.
Sonda Kənan Bağırov Peşə Təhsil Mərkəzinin gələcək inkişaf perspektivləri, yeni ixtisasların yaradılması və təhsil imkanlarının genişləndirilməsi istiqamətində planlaşdırılan addımlardan danışıb.

Baxış Sayı: 291