14aprel
						Peşə Təhsil Mərkəzində “Dual TVET” layihəsi çərçivəsində tədbir keçirilib.
							İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində “Dual TVET” layihəsi çərçivəsində tədbir keçirilib.
İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində 11 aprel 2025-ci il tarixində “Dual TVET” (BBP Azerbaijan) İkili Texniki Peşə Təhsili və Təlimi layihəsinin ikinci mərhələsi çərçivəsində texniki peşələrdə qızlarının dəstəklənməsinə həsr olunmuş tədbir keçirilib. Tədbirin məqsədi qızların texniki sahədə təhsil və təliminə, potensiallarını reallaşdırmağına və inkişaf etdirməklərinə dəstək olmaq olub.
Tədbirdə Mərkəzinin direktoru Kənan Bağırov açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb, Mərkəzin həyata keçirdiyi fəaliyyətlər haqqında tədbir iştirakçılarına məlumat verib və “Dual TVET” layihəsinin əhəmiyyətini vurğulayıb. Çıxış edən “Dual TVET” (BBP Azerbaijan) İkili Texniki Peşə Təhsili və Təlimi layihəsinin meneceri Mehmet Çakar layihə çərçivəsində görülən işlər barəsində ətraflı məlumat verib və hər il ənənəvi olaraq keçirilən bu tədbirin vacibliyini qeyd edib.
Tədbir zamanı AHK Azərbaycanın Biznes Xidmətləri şöbəsinin rəhbəri Leyla Məmmədova, “Access Bank” QSC-nin filial direktorunun müavini Günel Hacıyeva, ATL Academy-nin İcraçı direktoru Aydan Haşımova, STP Şirkətlər Qrupunun İnsan Resursları üzrə direktoru Elvira Alışova və nümayəndələri Nigar Bayramova və Günel Musayeva, “Harvesso” MMC şirkətinin nümayəndəsi Müjgan Hacıyeva çıxış edərək təcrübələrindən danışıb və texniki peşə sahələrində qadınlar üçün karyera imkanlarının yaradılmasında təşviqat tədbirlərinin roluna toxunublar. Tədbirdə Mərkəz tələbələrinin çıxışları dinlənilib və müxtəlif bədii-kompozisiyalar təqdim olunub.

						Baxış Sayı: 316