09aprel
						Sumqayıt Tibb Kollecinin müəllimləri tərəfindən seminar keçirilib.
							İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin tələbələri üçün Sumqayıt Tibb Kollecinin müəllimləri tərəfindən seminar keçirilib.
İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin tələbələri üçün Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin müəllimləri tərəfindən 8 aprel 2025-ci il tarixində sağlam həyat tərzinin təşviqinə dair maarifləndirici seminar təşkil olunub. Seminarın əsas məqsədi sağlam qidalanma, fiziki aktivlik və zərərli vərdişlərin insan orqanizminə təsiri haqqında maarifləndirmək, həmçinin ilkin reanimasiya bacarıqlarını öyrətmək olub.
Seminarda çıxış edən Kollecin müəllimləri Aynurə Kazımova və Arzu Hüseynova düzgün qidalanma qaydaları, aktiv həyat tərzinin orqanizmə müsbət təsiri və zərərli vərdişlərdən uzaq olmanın vacibliyini xüsusi vurğulayıb, interaktiv təqdimatlar vasitəsilə praktiki tövsiyələr veriblər. Seminar zamanı Kollecin müəllimi həkim Sevda Hüseynova tələbələrə Ürək-Ağciyər Reanimasiyası (CPR) üzrə ürək dayanması halında ilk yardımın göstərilməsi qaydaları, sinə kompressiyası və süni tənəffüs metodlarını əyani şəkildə nümayiş etdirib.
Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb və onlara sağlam həyat tərzi ilə bağlı maarifləndirici materiallar təqdim olunub.
#SağlamHəyatTərzi #İlkinYardım #SumqayıtTibbKolleci #İZİA #İZİA_PTM

						Baxış Sayı: 314