08aprel
						Peşə Təhsil Mərkəzinin tələbələri Sumqayıt şəhəri üzrə keçirilən yarışda III yerin qalibi olublar.
							İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin tələbələri Sumqayıt şəhəri üzrə keçirilən yarışda III yerin qalibi olublar.
İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin tələbələri Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Sumqayıt Bulvarında keçirilən idman tədbirində kəndir dartma yarışı üzrə III yerin qalibi olublar.
Keçirilən tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov, idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də şəhər sakinləri iştirak edib. Tədbir çərçivəsində şəhər idmançılarının nümunəvi çıxışları nümayiş olunub, müxtəlif idman növləri üzrə yarışlar təşkil edilib. İdman tədbirinin sonunda müxtəlif yarışların qalibi olan idmançılara Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi tərəfindən kubok, medal və sertifikatlar təqdim edilib.

						Baxış Sayı: 251