07aprel
						Peşə Təhsil Mərkəzinin tələbələri “BakuBus” və “BYD” şirkətinə ekskursiya ediblər.
							İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin tələbələri “BakuBus” və “BYD” şirkətinə ekskursiya ediblər. 
2025-ci il 4 aprel tarixində İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzinin tələbələri istehsalatla daha yaxından tanış olmaq məqsədilə “BakuBus” və “BYD” şirkətinə maarifləndirici ekskursiya həyata keçirmişlər. Tədbirdə Mərkəzin direktoru Kənan Bağırovun rəhbərliyi ilə müəllim və tələbə heyəti iştirak etmişdir.
Ekskursiyanın əsas məqsədi tələbələrin ixtisaslarına uyğun sahələrdə real iş mühitini görməsi, texniki biliklərini təkmilləşdirməsi və müasir texnologiyalarla tanış olması idi. Tədbir çərçivəsində tələbələr “BYD” şirkətinin müasir texnologiyalarla təchiz olunmuş elektroavtobus təmir bazasına baş çəkmiş, burada elektrik mühərrikli nəqliyyat vasitələrinin təmiri və texniki xidməti prosesi ilə yaxından tanış olmuşlar.
Şirkət nümayəndələri tərəfindən tələbələrə elektroavtobusların işləmə prinsipi, enerji səmərəliliyi, alternativ enerji mənbələrindən istifadə və ətraf mühitə təsirlə bağlı ətraflı məlumatlar verilmişdir. Həmçinin tələbələrə servis mərkəzində istifadə olunan diaqnostika avadanlıqları, təhlükəsizlik qaydaları və peşəkar iş mühiti nümayiş etdirilmişdir.
Bu cür ekskursiyalar Peşə Təhsil Mərkəzinin tədris prosesində nəzəri biliklərin praktik təcrübə ilə vəhdətdə çatdırılması məqsədinə xidmət edir. İştirakçılar ekskursiyanın onlarda mühüm təəssüratlar yaratdığını və gələcək peşə fəaliyyətlərinə müsbət təsir göstərəcəyini bildirmişlər.
İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi bu cür təşəbbüslərlə gənc peşəkarların yetişdirilməsində müasir yanaşmalara əsaslanan təhsil imkanlarını daha da genişləndirmək niyyətindədir.
#BYD #BakuBus #İZİA #İZİA_PTM #tələbə

						Baxış Sayı: 332