18mart
						Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov Beynəlxalq Radioda çıxış edib.
							İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov Beynəlxalq Radioda çıxış edərək mərkəzin fəaliyyəti və həyata keçirilən layihələr barədə geniş məlumat verib.
Müsahibə zamanı Kənan Bağırov Peşə Təhsil Mərkəzinin əsas məqsədinin müasir əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması olduğunu vurğulayıb. O, mərkəzdə tətbiq olunan innovativ tədris metodları, əmək bazarı ilə əməkdaşlıq imkanları və tələbələr üçün yaradılan praktiki təcrübə imkanları haqqında danışıb.
Direktor həmçinin qeyd edib ki, Peşə Təhsil Mərkəzi sənaye sahələrinin inkişafına töhfə vermək məqsədilə müxtəlif şirkətlərlə əməkdaşlıq edir, tələbələrin peşəkar bacarıqlarını artırmaq üçün müxtəlif təlim və layihələr həyata keçirir.
Sonda Kənan Bağırov gələcəkdə mərkəzin fəaliyyətinin daha da genişləndirilməsi və yeni ixtisasların yaradılması istiqamətində planlaşdırılan layihələrdən söz açıb. O, həmçinin gəncləri peşə təhsili imkanlarından yararlanmağa və gələcək karyeralarını uğurla qurmağa çağırıb.
#BeynəlxalqRadio #PeşəTəhsili #İZİA #İZİA_PTM
						
Baxış Sayı: 404