22yanvar
Peşə Təhsil Mərkəzinin Tələbələri “Azərbaycan Dəmir Yolları” QSC-Də Təcrübə Keçəcək
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzi arasında əməkdaşlığa dair razılaşma protokolu imzalanıb.
Razılaşma protokolunun əsas məqsədi Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq elm və sənaye sahələri arasında praktiki əlaqələrin genişləndirilməsi, bu xüsusda birgə proqramların təşkili, innovativ təşəbbüslərin reallaşdırılması, dəmiryol nəqliyyatının sahələri üzrə araşdırmaların aparılmasına dəstək və digər oxşar məsələlər ilə bağlı birgə fəaliyyətin göstərilməsi, müştərək layihələrin icra edilməsi məqsədilə qarşılıqlı əməkdaşlığın tənzimlənməsi ilə bağlı birgə fəaliyyətin göstərilməsidir.
Eyni zamanda, razılaşma sənədi çərçivəsində tərəflər aşağıdakı fəaliyyətlərin birgə təşkili və həyata keçirilməsi üzrə əməkdaşlıq edəcələr: Mərkəzin elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru (hər növ elektrik işləri), elektronika ustası, mexaniki yığma işləri üzrə çilingər, avtomatika üzrə usta, isitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı, torna və frezer dəzgahların operatoru, sənayedə quraşdırma işləri üzrə usta (hər növ qaynaq və boru işləri) peşə təhsili səviyyələrində təhsil alan ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olan tələbələrinin təcrübə proqramlarına cəlb edilməsi sahəsində əməkdaşlığın göstərilməsi, istehsalat təcrübələrində, o cümlədən seminar və təlimlərdə iştirakının təmin edilməsi; Mərkəzdə fəaliyyət göstərən ixtiraçıların və ya peşəkar tədqiqatçıların aşkarlanması, onların təkliflərinin ADY-də müzakirəsi və istehsal sahələrində istifadə üçün seçilməsi; Mərkəzin müvafiq ixtisaslar üzrə dövlət standartlarının, tədris planlarının və ixtisas fənlərinin sillabuslarının hazırlanması zamanı ADY-nin müvafiq rəyinin nəzərə alınması; Mərkəzin məzunlarının ADY-nin ehtiyat bazasına daxil edilərək müvafiq vakant yerlərə təcrübəçi və işçi kimi cəlb edilməsi üçün tədbirlərin görülməsi; İnnovativ və yüksək texnologiyalara əsaslanan rəqabət qabiliyyətli xidmətlər göstərilməsi üçün elmi-tədqiqat işlərinin və innovasiyaların tətbiqinin genişləndirilməsi; Dəmir yolu sənayesinin inkişafı perspektivlərinə uyğun olan innovasiya xarakterli nailiyyətlərin kommersiya istiqamətinə yönəldilməsi və formalaşması ilə bağlı birgə tədbirlərin görülməsi; ADY-nin rəhbər şəxsləri və mütəxəssisləri tərəfindən Mərkəz tələbələri üçün dəmir yolu sahəsində elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru (hər növ elektrik işləri), elektronika ustası, mexaniki yığma işləri üzrə çilingər, avtomatika üzrə usta, isitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı, torna və frezer dəzgahların operatoru, sənayedə quraşdırma işləri üzrə usta (hər növ qaynaq və boru işləri) istiqamətləri üzrə “master klass”ların təşkil edilməsi; Mərkəz ilə ADY-nin subyektləri arasında əlaqələrin inkişaf etdirilməsi üçün birgə konfransların, seminarların, sərgilərin həyata keçirilməsi; Məzunların təcrübə proqramında iştirakı və işlə təmin olunması ilə bağlı birgə əməkdaşlıq planlarının hazırlanması; Beynəlxalq təşkilatlar və fondlardan birdəfəlik qrant formasında vəsait cəlb etmək, qrant layihələrində iştirak etmək və qanunla qadağan edilməyən digər maliyyə resurslarının cəlb olunması istiqamətində birgə fəaliyyət göstərmək, müvafiq dövlət və özəl maliyyə institutlarına birgə təkliflər vermək.
Peşə Təhsil Mərkəzinin tələbələri “Azərbaycan Dəmir Yolları” QSC-də təcrübə keçəcək və təcrübə prosesində fəallıq göstərən tələbələr işlə təmin ediləcəklər.

Baxış Sayı: 122