11İyul
Peşə Təhsil Mərkəzinin nümayəndələri Türkiyə Respublikasında işgüzar səfərdədir.
İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin nümayəndələri Türkiyə Respublikasında işgüzar səfərdədir.
İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov, Direktor müavini Nuridə Seyidova və İstehsalat təlimi ustası Asəf Ələkbərov 09.07.2024-cü il tarixindən Türkiyə Respublikasında işgüzar səfərdədir. Səfərin əsas məqsədi təhsil müəssisələrinin, tədris laboratoriyalarının və emalatxanaların fəaliyyətləri ilə tanış olmaq və xarici təcrübəni öyrənməkdir.
Səfər çərçivəsində İstanbul şəhərində Çərkəzköy OSB-də yerləşən Mesleki ve Teknik Anadolu Liseyinə, İstanbul Arel Üniversitetinə,
Festo Türkiyə Şirkətinə, Adem Ceylan Final Teknik Kollecinə və Özyegin Universitetinə səfərlər həyata keçirilir. 13.07.2024-cü il tarixinə kimi davam edəcək səfər çərçivəsində Festo Türkiyə Şirkətində iştirakçılar üçün təlimlərin keçirilməsi də nəzərdə tutulub.

Baxış Sayı: 654