Peşə Təhsil Mərkəzi yanında " İctimai Şura " .
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli Qanununa, bu Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzi yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydə alınması prosesi 2024-cü ilin 5 aprel - 3 may tarixləri arasında həyata keçiriləcəkdir.
Vətəndaş cəmiyyəti institutu tərəfindən irəli sürülmüş namizəd barədə aşağıdakı sənədlər təqdim edilməlidir:
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Namizədin tərcümeyi-halı;
- Namizədin vətəndaş cəmiyyəti institutununa üzvlüyünü təsdiq edən sənədin surəti;
- Şəxsin təhsil, təlim və sosial dəstək sahəsində təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər).
Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumatı əhatə edən digər sənədlər də təqdim edilə bilər.
İctimai Şuranın üzvlüyünə hər bir vətəndaş cəmiyyəti institutu yalnız bir namizədini irəli sürə bilər.
Vətəndaş cəmiyyəti institutuna və onun irəli sürdüyü namizədlərə dair tələblər aşağıdakılardır:
- İrqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq Azərbaycan Respublikasının 16 yaşına çatmış fəaliyyət qabiliyyətli vətəndaşı olması;
- Vətəndaş cəmiyyəti institutunun aktiv fəaliyyətinin olması;
- Məhkumluğu olduğu təqdirdə onun götürülmüş və ya ödənilmiş olması;
- Barəsində icraatda olan cinayət-mühakimə işinin olmaması.
Əlavə məlumat üçün telefonlar: (012) 525-39-57, (051) 205-97-52
Baxış Sayı: 40