“Bir Peşənin Sirri” Adlı Peşələr Festivalında Peşə Təhsil Mərkəzi Təmsil Edilmişdir.
2 iyul 2022-ci il tarixində Bakıda İçərişəhərdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Bir peşənin sirri” adlı peşələr festivalı keçirilmişdir. Festivalda İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzi də təmsil edilmişdir. İZİA-nin nəzdində Peşə Təhsil Mərkəzini təmsil edən müəllimlər, tələbələr, həmçinin “Azertexnolayn” MMC və “VeliEv” MMC kimi tərəfdaş müəssisələrin nümayəndələri bu festivalda elektrik, pnevmatik və avtomatik idarəetmə stendlərini nümayiş etdirmiş və festival iştirakçılarının diqqətini cəlb edən maraqlı “master klas” nümunələri göstərmişlər. Bununla yanaşı, festivalda peşə təhsili ilə maraqlanan iştirakçılara İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin üstünlükləri, Mərkəzdə tədris edilən ixtisaslar və qəbul qaydaları barədə məlumat verilmiş, bukletlər paylanmışdır.
Baxış Sayı: 19