İqtisadi Zonaların İnkişafı Agentliyinin Nədində Peşə Təhsil Mərkəzində İSO Təlimi Keçirilib
İqtisadi Zonaların İnkişaf Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində 22.06.2022-24.06.2022-ci il tarixlərində 3 gün müddətində Türkiyə Standartları İnstitutunun (TSİ) Azərbaycan nümayəndəliyinin təmsilçisi Arzu Gülhan Yüzereroğlu tərəfindən mərkəzin əməkdaşlarına ISO 9001 “Keyfiyyət idarəetmə Sistemi” təlimi keçirilib. ISO 9001 “Keyfiyyət idarəetmə Sistemi” təşkilatın müvəffəqiyyətli qalması məqsədilə maraqlı tərəflərin ehtiyaclarının daim müəyyənləşdirməsi və onun fəaliyyətinin yaxşılaşdırılması üçün tətbiq edilir. Təlimdə əməkdaşlara ISO 9001 “Keyfiyyət idarəetmə Sistemi”nin əsas prinsipləri və bu sistemin yüksək səviyyədə təşkil edilməsi üçün görüləcək vacib tədbirlər barədə məlumat verilmişdir. Həmçinin, təlim iştirakçıları tərəfindən müvafiq sahələr üzrə təkmilləşdirmənin daha da yüksək səviyyədə həyata keçirilməsi və maarifləndirmə işlərinin davamlı aparılması üçün təkliflər verildi. Təlim iştirakçılarına müvafiq sertifikatlar təqdim ediləcəkdir.
Baxış Sayı: 19