BIWE Layihəsi Çərçivəsində 13-17 Iyun 2022-Ci Il Tarixlərində Təlim Keçirilmişdir
Bildungswerk der Baden-Württembergischen Wirtschaft (BIWE) peşə təhsili üzrə tərəfdaşlıq çərçivəsində 13-17 iyun 2022-ci il tarixlərində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) nəzdində Peşə Təhsil Mərkəzində (PTM) və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (SİBDPTM) Almaniyalı ekspert cənab Uwe Maulhardt tərəfindən “İkili təhsil” layihəsi çərçivəsində İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) sahəsində Kompüter sistemlərində proqramlaşdırma ixtisası üzrə kurikulumla bağlı 4 günlük seminar keçirilmişdir. Seminarda hər iki peşə təhsil mərkəzinin rəhbərləri və İKT sahəsi üzrə usta təlimçiləri, özəl sektorun nümayəndələri və “BIWE International”-ın layihə koordinatoru iştirak etmişlər.
Almaniyalı ekspert usta təlimçilərlə fikir mübadiləsi aparmış, kompüter sistemlərində proqramlaşdırma ixtisası üzrə Alman standartlarına uyğun kurikulumun tərtib edilməsi üçün mühüm tövsiyələr vermiş və hər bir iştirakçı tərəfindən innovativ ideyalar irəli sürülmüşdür. Həmçinin, robotika və sınaqlar ilə bağlı məlumatlar iştirakçıların diqqətini cəlb etmişdir ki, bu da yüksək Alman standartlarına uyğun hazırlanan yeni kurrikuluma əlavə dəyər qatmış olacaq. Layihə müddətində hər iki mərkəzdə təlimçilərə almaniyalı mütəxəssis təlim keçəcək və Almaniyada iş təcrübəsi keçmək imkanı veriləcək. Bu unikal layihə çərçivəsində 11-ci sinfi bitirmiş məhdud sayda şagird qəbul ediləcəkdir.

Baxış Sayı: 19