
Elektrik qaz qaynağı
Elektrik qaz qaynağı sahəsində karyera qurmaq və işləmək istəyən şəxslər üçün metal birləşdirmə texnologiyalarını dərindən mənimsəmək, müxtəlif qaynaq üsulları (MIG/MAG, TIG, elektrod qaynağı və s.) üzrə praktiki bacarıqlar əldə etmək, qaynaq aparatlarının düzgün qurulması və idarə olunması, müxtəlif metal növlərinin (polad, alüminium, paslanmayan polad və s.) xüsusiyyətlərini tanımaq və onlara uyğun qaynaq texnikalarını tətbiq etmək bacarıqları formalaşdırılır.
Bundan əlavə, qaz qaynağı zamanı istifadə olunan avadanlıqların təhlükəsiz işlədilməsi, texniki təhlükəsizlik qaydalarına riayət edilməsi, qaynaq tikişlərinin keyfiyyətinə nəzarət, qüsurların aşkar olunması və aradan qaldırılması, həmçinin layihə üzrə oxu (çertyoj və sxemlərin başa düşülməsi) kimi vacib biliklər də öyrədilir.
Təhsili başa vurduqdan sonra məzun, tikinti sektorunda, sənaye müəssisələrində, neft-qaz sahəsində, maşınqayırma zavodlarında, gəmiqayırma və avtomobil sənayesində, eləcə də müxtəlif istehsalat və təmir işləri aparan müəssisələrdə qaynaqçı kimi fəaliyyət göstərə bilər.
