Tələbələri Nəzəri Biliklərini Təcrübi Dərslərdə Daha Da Təkmilləşdirirlər
Sumqayıt Kimya Sənaye Parkının Peşə Təhsil Mərkəzinin tələbələri üçün “Azərtexnolayn” MMC-nin istehsal müəssisələrində mütəmadi olaraq təcrübi dərslər təşkil edilir. Mərkəzin “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyorları” ixtisasında təhsil alan tələbələri üçün növbəti dəfə təcrübi dərs keçirilib.
Təcrübi dərsdə tələbələr istehsal prosesində istifadə olunan dəzgah və avadanlıqlar, onların iş prinsipləri ilə yaxından tanış olublar. Növbəti təcrübi dərslərdə tələbələrə dəzgah və avadanlıqlarda yaranan nasazlıqlar zamanı necə davranmalı, xarab olmuş avadanlıqları necə təmir etməli və s. istiqamətlər üzrə təcrübi dərslər təşkil ediləcək.

Baxış Sayı: 16