Azərsun Holdinq
1991-ci ildə Sovet İttifaqının süqutu və Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən sonra ölkə iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipləri əsasında formalaşmağa başladı.
İqtisadiyyatın mərkəzdən planlandığı sistemdən miras qalan köhnə texnologiyalar, fabrik və zavodlar sərbəst bazar iqtisadiyyatının şərtləri ilə ayaqlaşa bilmədi. Meydana çıxan problemlərdən sonra onlardan bir çoxu fəaliyyətini dayandırdı, geri qalanı isə istehsal gücünü azaldaraq işləməyə davam etdi. İş yerlərinin bağlanması nəticəsində isə işsizlərdən ibarət böyük bir ordu yarandı. Artıq 1993-cü ildə Azərbaycanda qida sənayesi sahəsində fəaliyyət göstərən tək bir müəssisə qalmamışdı. Ölkə rəhbərliyi bu dövrlərdə çıxardığı qərarlarla müəssisələrin özəlləşdirilməsi üçün işlər görməyə başladı. 1991-92-ci illərdən başlayaraq Azərbaycana gələn xarici iş adamları bu prosesdə aktiv rol almağa başladılar. Belə iş adamları arasında “Azərsun Holdinq” şirkətlər qrupunun qurucusu Abdolbari Gözəl da vardı. O, gəlişi ilə İntersun Şirkətlər Qrupunun Azərbaycandakı təmsilçiliyini yaratdı. İlkin mərhələdə ölkəni təməl qida məhsulları ilə təmin edərək bazardakı ərzaq çatışmazlığını aradan qaldırdı. Bunu yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev Abdolbari Gözəli qəbul edərkən bunları söylədi: “...Siz fəaliyyətinizi düzlük üzərində qurmuşsunuz. İndi ticarətlə məşğulsunuz, lakin camaat işsizdir, sənayə sahələrinə sərmayə qoyun, qabaqcıl olun, işçi çalışdırın və önə keçin...”