• Telefon
    +994(51) 205-97-54

  • İş Saatı
    B.e-C: 08.30 - 17.30

DİREKTOR MÜAVİNİ

Avatar

Hidayətov Xazin Hidayət oğlu

Korporativ əlaqələr və tərbiyə işləri üzrə direktor müavini

Peşə Təhsil Mərkəzi

10 iyul 1955-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur.
1962–1972-ci illərdə Mingəçevir şəhərində orta təhsil almışdır.
1972–1977-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakültəsində “İstilik elektrik stansiyaları” ixtisası üzrə ali təhsil almışdır.
1977–1991-ci illərdə “Qafqazenerjiquraşdırma” trestinin Mingəçevir quraşdırma idarəsində mühəndis, böyük mühəndis, şöbə müdiri və baş mühəndis vəzifələrində çalışmışdır.

1991–1993-cü illərdə “Qafqazenerjiquraşdırma” trestinin baş mühəndisi vəzifəsində çalışmışdır.
1993–1994-cü illərdə “Azərenerji tikinti quraşdırma” Dövlət Şirkətinin vitse-prezidenti, 1994–1996-cı illərdə şirkətin İran İslam Respublikasındakı nümayəndəliyinin rəhbəri, 1996–1997-ci illərdə isə prezidentin müşaviri vəzifələrində çalışmışdır.
1997–2000-ci illərdə “İmprotex Production” KM-də direktor müavini vəzifəsində çalışmışdır.
2000–2002-ci illərdə “İstilikenerjiquraşdırma” ASC-də baş mühəndis vəzifəsində çalışmışdır.
2002–2005-ci illərdə “Metal Qaynaq Sınaq” ASC-də baş mühəndis vəzifəsində çalışmışdır.
2005–2008-ci illərdə Qazaxıstan Respublikasında “MQS Kazaxstan” BM-də direktor müavini vəzifəsində çalışmışdır.
2008–2009-cu illərdə “Azenco” ASC-nin İdarə Heyəti sədrinin birinci müavini – baş mühəndis, 2009–2014-cü illərdə isə İdarə Heyətinin sədri vəzifəsində çalışmışdır.
2014–2015-ci illərdə Sumqayıt Texnologiyalar Parkında baş mühəndis vəzifəsində çalışmışdır.
2015–2018-ci illərdə “İmprotex Production” MMC-də direktor vəzifəsində çalışmışdır.
2018–2021-ci illərdə “Metal Qaynaq Sınaq” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışmışdır.
2021–2026-cı illərdə İqtisadi Zonaların İnkişafı Agentliyində İdarə Heyəti sədrinin müşaviri və şöbə müdiri vəzifələrində çalışmışdır.
2026-cı ildən İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsili Mərkəzində korporativ əlaqələr və tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır.
Ailəlidir, 2 övladı var.

Biz cookie fayllarından istifadə edirik!
Saytımızdan istifadə etməyə davam etməklə, məlumatlarınızın təhlükəsizliyinə razılıq vermiş olursunuz!
Razıyam
Razı deyiləm