Peşə Təhsil Mərkəzində "Liderlik və yaradıcı düşüncə" mövzusunda seminar keçirilib
İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində "Liderlik və yaradıcı düşüncə" mövzusunda seminar keçirilmişdir.
İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində "Liderlik və yaradıcı düşüncə" mövzusunda seminar təşkil edilmişdir. Seminarın qonağı Bakı Mühəndislik Universitetinin müəllimi, STEM üzrə İsraildə keçirilən təlim proqramının iştirakçısı, Elm və Təhsil Nazirliyi tərəfindən “Dördnişanlı” fəxri fərman mükafatçısı Bəhman Qüdsi olmuşdur.
Bəhman Qüdsi tələbələrlə kreativlik, liderlik və şəxsi inkişaf mövzuları ətrafında diskussiya aparmış və tələbələrin suallarını cavablamışdır. Seminar tələbələrin böyük marağına səbəb olmuşdur.
Seminarda 140-dan artıq Mərkəzin tələbəsi, eyni zamanda da İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin müəllim heyəti iştirak etmişdir.
Baxış Sayı: 18