2023/2024 Tədris Ilinə Start Verildi
15 Sentyabr günü başlayan 2023/2024 tədris ili münasibəti ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin direktor müavini Anar Nəcəfov çıxış edərək bütün tələbələri, valideynləri, müəllimləri, ümumiyyətlə təhsil ilə əlaqədar bütün işçiləri təbrik etdi, uğurlar dilədi. Yeni qəbul olmuş tələbələrin valideynləri Peşə Təhsil Mərkəzini gəzərək bina ilə yaxından tanış oldular və sonda xoş ovqatla mərkəzimizdən ayrıldılar. Bu il bütün təhsil müəssisələrində olduğu kimi İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin ilk dərsi Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan peşə təhsilindəki rolu haqqında oldu.
Baxış Sayı: 20