İZİA-Nın Peşə Təhsil Mərkəzi Ilə Azərbaycan Texniki Universiteti Arasında Əməkdaşlıq Əlaqələri Müzakirə Edilib
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə fevralın 16-da İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində görüş keçirilib. Qonaqlara Peşə Təhsil Mərkəzinin fəaliyyəti, tədris olunan ixtisaslar, qəbul qaydaları barədə məlumat verilib, Peşə Təhsil Mərkəzinin təqdimatı göstərilib.
Görüş çərçivəsində təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin qurulması, ikili təhsil proqramlarının hazırlanması, Azərbaycan Texniki Universitetində təhsilalan magistrlərin pedaqoji təcrübələrinin Peşə Təhsil Mərkəzində keçirilməsi, birgə seminarların və “workshop”ların təşkilinə dair müzakirələr aparılıb.
Sonda qonaqlar Peşə Təhsil Mərkəzində yaradılan şərait, emalatxanalarda keçirilən dərs prosesləri, laboratoriyalar və s. tanış olublar.

Baxış Sayı: 16