İZİA-Nın Peşə Təhsil Mərkəzində 20 Yanvar Faciəsinə Həsr Olunmuş Tədbir Keçirilib
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzində “20 Yanvar - Xalqımızın hüzn, həm də şərəf günüdür” adlı tədbir keçirilib.
Əvvəlcə ölkəmizin müstəqilliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər Yanvar faciəsi barədə danışıb, 20 Yanvarın həm də xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıblar. Sonra “20 Yanvar - qanlı tariximiz” qısa filmi nümayiş etdirilib və tələbələrin ifasında şeirlər səsləndirilib.
Sonda Peşə Təhsil Mərkəzinin bir qrup müəllim və tələbə heyəti Sumqayıt Şəhidlər Xiyabanında vətən uğurunda canından keçən şəhidlərin məzarını ziyarət edib, məzarları üstünə gül dəstələri qoyublar.

Baxış Sayı: 19