Peşə Təhsil Mərkəzinin tələbələri üçün “Azerfloat" Qapalı Səhmdar Cəmiyyətinə tanışlıq səfəri təşkil edilmişdir.
İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin tələbələri üçün “Azerfloat" Qapalı Səhmdar Cəmiyyətinə tanışlıq səfəri təşkil edilmişdir.
29.03.2024 və 03.04.2024-cü il tarixlərində İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin bir qrup tələbə və müəllim heyəti “Azerfloat" Qapalı Səhmdar Cəmiyyətinə səfər etmişdir. Səfər zamanı tələbələr istehsal müəssisəsi ilə və şüşənin istehsalı prosesi ilə əyani şəkildə tanış olmuşdur. Daha sonra “Azerfloat" QSC-nin fəaliyyəti ilə bağlı tələbələrə geniş məlumat verilmiş, onları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılmışdır.
Baxış Sayı: 28