İnformasiya kommunikasiya texnologiyaları üzrə texnik
İnformasiya kommunikasiya texnologiyaları üzrə texnik ixtisası üzrə karyera qurmaq və işləmək istəyən şəxslər üçün bu ixtisas geniş profilli bilik və bacarıqlar əsasında informasiya kommunikasiya texnologiyaları sahəsində müxtəlif işləri yerinə yetirməyi bacaracaqdır. O, İKT, proqramlaşdırma və dizayn əsaslarını öyrənməklə yanaşı, verilənlər bazası ilə işləmək, proqram təminatı hazırlanması üzrə layihələrin formalaşdırılması, həmçinin müxtəlif veb proqramların dizaynı, hazırlanması və test edilməsi kimi işləri yerinə yetirəcəkdir. Təhsil proqramında seçmə istiqamət olaraq müəyyənləşmiş peşəkar robototexnika və ya veb proqramlaşdırma sahələri üzrə müxtəlif dizayn, proqramlaşdırma və hazırlıq işlərinin təşkili, müxtəlif layihələrin hazırlanması və icrasını həyata keçirə biləcəkdir.
Təhsilini başa vurduqdan sonra məzun İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində fəaliyyət göstərən müəssisələrdə, proqramlaşdırma ilə məşğul olan təşkilatlarda, həmçinin fərdi mütəxəssis olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya müxtəlif start up layihələrdə İKT və proqramlaşdırma sahəsi üzrə xidmət göstərə bilər.
İxtisas səviyyəsini artırmaqla o, bu peşə ilə əlaqədar qrup rəhbəri, ümumi nəzarətçi kimi rəhbər vəzifələrə yüksəlmək imkanları vardır.
Dərslər Alman( dual) təhsil sistemi ilə tədris olunur.